Elxan Məmmədov biabrçılığı belə izlədi, telefon əlindən düşmədi - VİDEO

U-21-in Almaniyaya 0:7 hesabı ilə məğlub olduğu matçı AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasına yenicə baş məşqçi təyin olunmuş Qurban Qurbanovla birgə izləmək üçün gəlmişdi.

 

Sportinfo.az xəbər verir ki, baş katib yalnız oyunun ilk 15 dəqiqəsinə qədər Qurbanovla yanaşı otura bilib. Hesabın getdikcə böyüdüyünü görən futbolumuza nəzarət edən şəxs 2-ci qoldan sonra bir kənara çəkilərək baiskarı olduğu biabrçılığa şahidlik edib.

 

Oyun ərzində mobil telefon Məmmədovun əlindən düşməyib. O, gah telefonu qurcalayıb, gah da kimlərləsə telefon əlaqəsi yaradaraq keçirdiyi narahatlıq hissini gizlətməyə çalışıb. Bütün bunlar sportlife.az-ın kamerasından yayınmayıb.

 

Tarix: 13 Noyabr 11:48    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.