Ərdoğan Quliyevdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, “NTV Spor”un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil:

 

“İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz”.

 

R.T.Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırllıqaldıranların Türkiyə idmanına müsbət təsir etdiklərini xatırladıb.

 

O, həmçinin bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib:

 

“Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu...Bunlar gəldi, nə oldu? Ağırlıqqaldırmada Türkiyəni bir addım irəli apardılar. Dəyişiklik yaşatdılar.

 

Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.

 

Türkiyə yığmasının heyətində dünya çempionu olan Ramil Quliyev yarışdan sonra onu ilk təbrik edən şəxsin Rəcəb Tayyib Ərdoğan olmasına çox təəccübləndiyini açıqlayıb.

Tarix: 13 Noyabr 10:48    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.