İspaniyada yeni sistemdən ilk dəfə “Qarabağ”ın rəqibinin oyununda istifadə olunacaq

 İspaniya futbolunda videotəkrar sistemindən (VAR) ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko”nun oyununda istifadə ediləcək.

 

Sportinfo.az xəbər verir ki, VAR sistemi noyabrın 29-da Madrid təmsilçisinin İspaniya Kubokunun 1/16 final mərhələsində “Elçe” ilə keçirəcəyi ev matçında tətbiq olunacaq. Bu kollektivlər arasındakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

VAR-dan İtaliya A Seriyası və Almaniya Bundesliqasında istifadə olunur. İspaniya La Liqası “Top-5” liqalararı arasında topun qapı xəttini keçib-keçməməsi texnologiyasından da yararlanmayan yeganə çempionatdır.

Tarix: 13 Noyabr 09:48    Oxunub: 68    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.