"Qəbələ"dən 1 hissə FOTOLAR

Premyer Liqada yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, öncə "Zirə” ilə görüşən “qırmızı-qaralar” bu dəfə “Səbail”lə üz-üzə gəlib. 

 

 

Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. Qarşılıqlı hücumlarla keçən oyunun hər hissəsində bir qol qeydə alınıb.

 

İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəyinə çatıb. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. 

 

 

İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. 

 

Tarix: 13 Noyabr 09:24    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.