Türkiyə Sultanlar liqasında bizimkilərin üzü güldü

Türkiyə Sultanlar liqasında 7-ci turun görüşləri keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu “Fənərbağça” rəqib meydanında “İlbank”ı 3:o məğlub edib.

 

Bütün görüşləri qələbə ilə başa vuran “sarı bülbüllər” 21 xalla yarış cədvəlində şəriksiz öncüldür.

 

Yığmamızın kapitanının çıxış etdiyi “Seramiksan” səfərdə “Nülufər”i 3:2 hesabı ilə üstələyib. Odina Bayramovanın komandası 12 xalla 9-cudur.

 

Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” səfərdə “Çanaqqala”ya 2:3 uduzub. İstanbul təmsilçisi 12 xalla 12 klub arasında 10-cu yerdədir.

Tarix: 13 Noyabr 09:00    Oxunub: 61    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.