Yunanıstan Xorvatiya ilə evdə də bacarmadı, kənarda qaldı - VİDEO

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportinfo.az xəbər verir ki, Xorvatiya Yunanıstanin qonağı olub. İlk matçda böyük hesabla (4:1) qalib gələn xorvatlar DÇ-nin bir addımlığındaydı.

 

Buna baxmayaraq, Yunanıstan millisi də praktiki olaraq mundiala vəsiqə şansını qoruyub saxlayırdı. Yunanlar gələn il Rusiyada təşkil ediləcək mundiala “bilet” əldə etmək üçün doğma Ellada torpağında Avropanın ən yaxşı heyətlərindən birinə malik olan Xorvatiya millisini böyük hesabla məğlub etməliydi.

 

Amma bu görüşdə də qapılara qol vurulmayıb və xorvatlar mundiala vəsiqəni təmin ediblər. Ayın 13-də bütün diqqət Milana, möhtəşən “San Siro” stadionuna yönələcək.

 

Burda dünya futbolunun nəhənglərindən olan, dördqat dünya çempionu, son 60 ildə ilk dəfə mundialdan kənarda qalmaq təhlükəsi ilə üz-üzə qalan İtaliya millisi İsveç yığmasını qəbul edəcək.

 

İlk oyundakı minimal hesablı qələbə skandinaviyalılara kiçik də olsa üstünlük versə də, hər şeyə Milanda aydınlıq gələcək.

 

Avropada son pley-off oyununda İrlandiya yığması ilk matçda səfərdə qolsuz bərabərə qaldığı Danimarka seçməsini qəbul edəcək.

 

Tarix: 13 Noyabr 08:48    Oxunub: 50    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.