DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatdı

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportinfo.az xəbər verir ki, bu, Xorvatiya yığmasıdı. Bu ölkənin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən ikinci kollektiv olub.

 

Doğma meydanda Yunanıstana 4:1 hesabıyla qalib gəlmiş xorvatlar bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər.

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 4 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

 

Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Tarix: 13 Noyabr 08:12    Oxunub: 66    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.