2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, bu, İsveçrə yığmasıdı. Bu ölkənin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən ilk kollektiv olub.
Səfərdə Şimali İrlandiyaya 1:0 hesabıyla qalib gəlmiş isveçrəlilər bu gecə doğma meydanda baş tutan cavab görüşündə qolsuz heç-heçəyə razılaşmaqla dünya çempionatına vəsiqəni təmin edib.
.Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 27-yə çatıb. Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 6 iştirakçının da adına tezliklə aydınlıq gələcək
Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis və Mərakeş yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.