“Qarabağ”lılar “Bu şəhərdə” - Rəşad Sadıqov konsertdə niyə mikrafona yaxın getmədi?

"Qarabağ"ın futbolçuları - Rəşad Sadıqov, Qara Qarayev və Mahir Mədətov "Bu şəhərdə"nin qonağı olub.

 

Sportinfo.az-ın konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, onlar əməkdar artislər - Rafael İsgəndərovla Coşqun Rəhimovun iştirakıyla Heydər Əliyev Sarayında keçirilən "TəkƏr"ə qatılıb. 


"Bu şəhərdə", adətən, hər konsetrinə dəvət etdiyi idmançıları uğurları münasibətilə təbrik edir. Bu dəfə növbə şahmat üzrə 3-cü dəfə Avropa çempionu olan milli komandamızın üzvü Rauf Məmmədova və "Qarabağ"ın futbolçularına çatıb.

 

“Bu şəhərdə”nin prodessoru Müşviq Abbasov Ağdam klubuna Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbriklərini çatdırıb və bu uğurun bütün Azərbaycanı sevindirdiyini bildirib.

 

Rafael İsgəndərov isə “Qarabağ”ın timsalında futbolumuzun ölmədiyini, yaşadığını yumorostik səhnəciklə tamaşaçıların diqqətinə çatdırıb. Sraya təşrif buyuranların alqışı ilə qarşılanan Rəşad Sadıqov təəssirlənib.

 

Belədə mikrafonu əlinə götürən Qara Qarayev onlara göstərilən münasibəyə görə təşəkkürünü bildirib və əldə etdikləri zəfərlərlə kifayətlənməyəcəklərini söyləyib.

 

Konsertdən sonra hər üç futbolçu tamaşaçıların əhatəsinə düşüb. Gənclər, xüsusən qızlar Rəşada maraq göstəriblər.

Tarix: 13 Noyabr 00:30    Oxunub: 432    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.