"Qəbələ"nin baxışa çağırdığı Kevin Penan "Səbail"ə nə etdi?

Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, öncə "Zirə” ilə görüşən “qırmızı-qaralar” bu dəfə “Səbail”lə üz-üzə gəlib. 

 

Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. “Qəbələ” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb: Aqil Məmmədov, Deyv Bultuis, Elvin Camalov, İlqar Qurbanov, Elvin Məmmədov, Hacıaga Hacılı, Dion Malone, Cavid Hüseynov, Kevin Penan, Ekiqo Ehiosun, Roman Hüseynov.


Qarşılıqlı hücumlarla keçən oyunun hər hissəsində bir qol qeydə alınıb. İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəyinə çatıb. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. İkinci hissədə Kevin yerini komandamızın sınadığı digər oyunçu Abdul Karimə verib.

 

Ümumiyyətlə isə baş məşqçi Roman Qriqorçuk fasilədə və oyunun gedişində dəyişikliklərlə gənc futbolçulara da şans verib. Murad Popov Aqili, Abbas Ağazadə Elvin Camalovu, Faiq Hacıyev İlqarı, Amin Seydiyev Elvin Məmmədovu, Baxşəli Baxşəliyev Hacıağanı, Xəyal Əmirli Dionu, Rövlan Muradov Cavidi, Ülvi İbazadə Ekiqonu, Ülvi İsgəndərov Romanı əvəz edib.

 

İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu top görüşdə sonuncu olub və komandalar meydanı qollu bərabərliklə tərk ediblər.

Tarix: 13 Noyabr 00:20    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.