Millimizin intizamsız hücumçusu əsas komandadan uzaqlaşdırıldı

“Bursaspor” milli komandaların oyununa görə çempionatda yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib.
 
Sportinfo.az xəbər verir ki, “yaşıl timsahlar” 21 yaşadək futbolçulardan ibarət komandaları ilə qarşılaşıblar. Matç əsas komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Robert Prosineçkinin dönəmində millimizə dəvət alan, daha sonra komandamızdan kənarlaşdırılan Dəniz Yılmaz bu görüşün iştirakçısı olmayıb.

 

Maraqlıdı ki, 29 yaşlı forvard intizamsız davranışlarına görə U-21 komandasına göndərilib və orada da oynamaq şansı qazanmayıb.
 
İddialara görə, mərkəz hücumçusu qışda “Bursaspor”un sıralarını tərk edəcək. Onun xidmətində “Çaykur Rizəspor”un maraqlı olduğu bildirilir.  

Tarix: 12 Noyabr 16:22    Oxunub: 290    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.