“Zirə”nin baş məşqçisi yenə yerə-göyə sığmadı - MÜSAHİBƏ

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan “Zirə” yoxlama matçında “Qəbələ” ilə qarşılaşıb.

 

Sportinfo.az xəbər verir ki, “qartallar”ın 1:0 hesabı ilə qələbə qazandığı oyundan sonra komandanın baş məşqçisi Ayxan Abbasov sualları cavablandırıb.

 

- Fasilədən yararlanmağa çalışdıq. İlin sonuna kimi cəmi 3 oyunumuz qalıb. Bəzi futblçularımız zədəli idi. Fürsətdən istifadə edib, onlara istirahət verdik. Az hallarda şans qazanan futbolçularımız var, hansı ki, onların da vəziyyəti bizi maraqlandırır. Həmişə formada olmalıdılar. “Qəbələ” sağ olsun ki, yoxlama oyunu keçirməyə razılaşdı. Məncə, maraqlı qarşılaşma oldu. Bizə nəticədən çox, futbolçularımızın oyun yükünü almağı maraqlı idi. Fikrimcə, istədiyimizi əldə edə bildik.

 

Növbəti yoxlama oyunu olacaq?

- Xeyr, bununla da başa vurduq. Noyabrın 18-də “Keşlə” ilə keçiriləcək oyuna hazırlaşacağıq. Sabah istirahətdi, daha sonra isə çalışmalarımıza başlayacağıq.

 

Zədəli futbolçularınızın vəziyyəti nə yerdədi?

- Orxan Əliyev artıq komanda ilə məşq edir. Yovan Krneta, Jozef Bum mövsümboyu oyunlarda 90 dəqiqə meydanda olub. Buna görə onlara istirahət verdim. Qabriel Mateyin də yüngül zədəsi var. Ən ciddi zədəlimiz Anar Nəzirovdu. O da yavaş-yavaş məşq edir. Son oyunlara hazır etməyə çalışacağıq.

 

Müdafiənin mərkəzində Sadiq Quliyevlə Adil Nağıyevi meydana buraxmışdınız. Sadio Tounkaranın müdafiə olunmaq qabiliyyəti çox zəifdi. Amma bu gün o, cinah müdafiəçisi kimi meydanda idi.

- Adillə Sadiq bizim ən çox güvəndiyimiz futbolçulardandı. Onların gələcəyinə inanıram. Öz üzərlərində işləməlidilər. Rəqibimizə və sistemimizə görə hər ikisindən yararlanırıq. Fikrimcə, Tounkaranın yaxşı müdafiə olunmaq qabiliyyəti var. İlk hissə də göstərdi ki, təkətək mübarizələrdə heç kimə məğlub olmadı. Hansı ki, ilk yarıda Famusso Koneyə qarşı oynadı. Tounkaranı ona görə yoxladıq ki, ola bilsin gələcəkdə hansısa matçda bizə bu mövqedə kömək edə bilər.

 

Kamal Bayramov da bu gün yaxşı çıxış etdi. Onun əsas heyətdə yerini təmin etdiyini düşünmək olarmı? Keçən il qapı xəttində çox dəyişikliklər edirdiniz. Amma bu il onu görümürük. 

- İlk dövrədə Anar qapıda dururdu. Amma ondan əvvəl yoxlama matçlarında hər ikisinə şans verirdim. Kamal az dursa da, ona həmişə əsas qapıçı kimi baxıram. Çıxışı ilə də sübut edir ki, təcrübəsi ilə əsas qapıçı olmağa layiqdi. Hər ikisi də bizim kapitanımız və əsas qapıçımızdı. Hər ikisinə fürsət veriləndə özlərini göstərirlər. 

Tarix: 12 Noyabr 15:43    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.