“Qarabağ” üçün yeni sponsorlar – Olmasa, mümkün deyil!

Türkiyənin “ORKA Holdinq” şirkətinin idarə heyətinin rəhbəri Süleyman Orakçıoğlu maraqlı açıqlama verib. Sponsorluq etdiyi idman klublarından danışan şirkət rəhbəri “Qarabağ”ın yatırımçılarından biri olduğunu deyib:

 

“Biz ölkə xaricində bir çox klublara sponsorluq edirik. “Barselona” ilə belə sponsorluq müqaviləsi imzalamışdıq. Azərbaycanda Çempionlar Liqasına qatılan “Qarabağ”a da sponsorluq edirik”.


Tikinti sektorundan tutmus tekstilədək bir çox sahələrə nüfuz etmiş “Orka”nın birinci şəxsinin bu açıqlaması hələlik “Qarabağ” tərəfindən təkzib olunmayıb.

 

Bu yerdə xatırladaq ki, «Гаrаbаğ» brendindən biznes məqsədilə sui-istifаdə hаllаrı ilə bаğlı yaxınlarda bəyаnаt yаyıb:


“Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.

 

Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” loqo və brendindən istifadə etmək hüququ, sadəcə, klubun sponsoru “Azersun Holdinq”ə məxsusdu. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaq”.

 

Бəs nə üçün bu vаxtа qədər bu məsələ qаbаrdılmırdı? Аxı illərdi hər klubun öz brendinə imici kimi yаnаşmаlı olduğunu qeyd edirik.

 

Bir sıra şirkət və firmalar sosial şəbəkələrdə Ağdam klubu ilə bağlı reklam xarakterli paylaşımlar etməklə müştərilərin rəğbətini qazanmağa çalışırlar.

 

Bunlardan biri də süd və süd məhsulları istehsalı ilə məşğul olan “Atena”dı. Məsələ burasındadı ki, sözügedən şirkətin reklam sahəsinə nəzarət edən başbilənləri öz “facebook” səhifəsində inək şəkili ilə “südüm sizə halal olsun” cümləsini qazandığı zəfərə görə “Qarabağ”a həsr ediblər. “Atena”nın bu addımı heç də birmənalı qarşılanmayıb. Reklamı “biabırçılıq” adlandıranlar da var.

 

“Qarabağ”ın virse-prezidenti Tahir Gözəl son aylaradək iqtisadi reallıqlardan çıxış edərək, kluba əlavə dəstəyin vacibliyini vurğulayıb. Bir dəfə deyil, dəfələrlə. Azərbaycanın qida sənayesinin “onurğa sütunu”nu təşkil edən “Azərsun”un sahibinin oğlu maliyyə cəhətdən problemlə üzləşdiklərini dilə gətirməkdən çəkinmirsə, o biri qarşılaşdığı çətinliklərin miqyasını müəyyənləşdirmək asandı.

 

Ağdam təmsilçisi dünyanın ən prestijli klub turnirinin iştirakçısı və Avropanın 32 güclüsündən biri hesab olunur. ÇL milyonlar, on milyonlar, yüz milyonlar, milyardlar deməkdi. Belə bir fantastik uğura imza atmış “Qarabağ”a ikinci-üçüncü dərəcəli sponsorları cəlb etmək üçün ən gözəl fürsət indi yaranıb. Dəyəndirilməsi və üzərində çalışılması lazımdı.

 

Çempionumuz Çempionlar Liqasına vəsiqə qazanmaqla, özü-özünü dolandırmaq, “Azərsun”u isə reklam etmək məqamına yüksəlib. Bu, Azərbaycan futbolu üçün ilkdi, inanılması güc naiiliyyətdi. “Azərsun”un klubun səhm paketinin müəyyən hissəsini birjaya çıxarmasında gərək və yarar var. Buna zəmin artıq mövcuddu.

 

“Qarabağ”ın qarşıdakı illərdə Çempionlar Liqasında iştirakı daha çətin olacaq, çünki UEFA yarışın reqlamentini sərtkəşdirçək barədə bor müddət əvvəl qərar verib və bu, gəkən yaydan etibarən qüvvəyə minəcək. Belədə, 10-15 milyon manatlıq büdcəylə son uğuru təkrarlamaq yalnız möcüzə sayəsində mümkündü. Möcüzə isə nadir hallarda baş verir. 

 

SPORTİNFO.AZ

Tarix: 12 Noyabr 15:30    Oxunub: 490    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.