Bəs nə oldu, Şahin Diniyev sudan duru, aydan təmiz idi?

“Kəpəz”in əl dəyişməsinə bir şey qalmaylb. Mikayıl Nərimanoğlu AFFA tərəfindən geri çağırıldı. Yerinə təyin olunan İslam Abbasov isə ciddi, Gəncənin icba başçısı Elmar Vəliyev səviyyəsində qəbul olunacaq biri deyil.

 

Vəliyev onun kimilərini cox görüb və yəqin ki, Nərimanoğludan fərqli olaraq, Abbasovu yaxınına almayacaq.

 

“Otkat İslam” kimi tanınan bu zata, çətin ki, o, VİP-də, onunla yanaşı əyləşməyə icazə versin, sözünü, məsləhətini dinləsin. Salamını alsa, gedib şükür etsin.


Bu təyinat AFFA-nın “Kəpəz”in idarəetməsində mövqeyini zəiflətdi. Nərimanoğlu sayılıb-seçilirdi, qəbul olunurdu, söz sahibi idi. Abbasov ən yaxşı halda “poçtalyon” statusu daşıyacaq. Qalx Fatı, otur Fatı.


Elmar Vəliyev hökm və güc sahibidi. Aydındı ki, Nərimanoğlu icra başçısının iradəsi və təzyiqi ilə həm “Kəpəz”dən, həm də AFFA-dakı əsas işini itirib. Bu, o deməkdi ki, sıra Şahin Diniyevdədi, təzliklə komandaya “x” bir baş məşqçi gətiriləcək.

 

Vəliyev Diniyevdən xoşlanmır. Gəldiyi gündən. Sadəcə AFFA-ya görə bugünədək ona toxunmayıb kluba maliyyəni ayırır deyə, bu kimi məsələlərdə qərarı fedarasiya verib. Güman ki, bundan sonra belə olmayacaq, icra başçısı hansı mütəxəssisə simpatıya bəsləyirsə, komandanın süjanı arxasına əyləşdirəcək.

 

Maliyyə yoxlamalarının nəticəsi hələ açıqlanmasa da, şühbə yoxdu ki, yeyintinin miqyası bir neçə nəfərin “kəllə”sini aparacaq qədər şiddətlidi. Yoxsa AFFA təhqiqat başa çatmamış tez-tələsik “Kəpəz”dəki adamını dəyişməz, gözləmə mövqeyi sərgiləyərdi.  

 

Nərimanoğlunun “vurulması” ilk növbədə Diniyevin yerini çöhkəm laxladıb. Onu son anadək var qüvvəsi ilə müdafiə edən Nərimanoğlu artıq camiədən uzaqdadı, yerinə gələn Abbasov isə sıradan biridi, proseslərə müdaxilə gücündən deyil.

 

Baş məşqçinin üstü açılan maxinasiyalarla bağlı danışdıqları, əslində ziyanınadı. O, bəlkə də bilməyərəkdən özünü 40 arşınlıq quyuya salıb. Diniyev bunlar barədə kəlmə də kəsməməli, verilən sualların ona ünvanlanmalı olmadığını bildirməli idi. Hesabat verir, 7000 manat maaş aldığı halda, bank kartına 105000 manat köçürülməsinə səbəb gətirir, nəqd hesablaşmaların məğzini acıqlayır.

 

Nə olubsa, olub - Diniyev bunları mətbuatla bölüşməklə, özünü təmizə çıxaracağını düşünürsə, yanılır. Sənlik bir çey yoxdusa, sakit otur, qoy audit komissiyası nəticələri ictimailəşdirsin, hara tələsirsən belə? Soğan yeyənin içi heç vaxt göynəməz, təqsiriniz yoxdusa, kimlərləsə əlbir olmamamısızsa, qabaqdangəlmişlik niyə edirsiz, Diniyev? 

 

Deməli idi ki, mən baş məşqçiyəm, işim futbolçularladı, meydançadadı. O isə hər zəng vuran jurnalistə olub keçənləri xırdalayır, and-aman edir, heç nədən xəbəri olmadığı qənaəti formalaşdırmağa çalışır. Hamısı əbəsidi, Diniyev!

 

Hələ birilərinə minnətdar olun ki, əsl sımanızı bu tarixədək gizlətməyi bacardı, sizi mələk kimi tanıtdı. Axı özünüz də bilirsiz ki, siz mələk deyilsiz, başqa xislətin daşıyıcısız və əslində kimsiz.  

 

Sportinfo.az “Kəpəz”də maxinasiyaların baş alıb getməsini ilk dəfə gün işiğına çıxaran mətbu orqandı. Düz ilyarım öncə. Həmin vaxt demək olar səsimizə səs verən olmadı, hamı qulaqlarını tutub, gözlərini yumdu.

 

Diniyevin komandanı şəxsi maraqlarına əsasən formalaşdırdığını, “bığının altından keçməyən” futbolçuları çıxdaş etməsini aşkarladıq, müəyyən bilğiləri publikanın diqqətinə çatdırdıq, inanan az oldu bizə.

 

Bu gün isə… Media “Kəpəz”dəki yeyinti xəbərlərini elə acığözlüklə tirajlayır ki, sanki Amerika yenidən kəşf olunub. 

Tarix: 12 Noyabr 13:59    Oxunub: 354    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.