AFFA pul vermədi - Hakimlərin yolçuluq xərcini “Topaz” cəkəcək

Azərbaycanlı hakimlər 1 illik fasilədən sonra ölkə xaricinə çıxacaq. İstiqamət ənənəvi ünvana – Türkiyəyədi.

 

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov: “Toplanış olacaq. Biz bunu yenvarın 20-dən fevralın 5-dək planlaşdırmışıq. Hazırlıq Antalyada keçiriləcək. Bu məsələ artıq həllini tapıb.

 

Son toplanışlarda media təmsil olunmurdu, bu dəfə mətbuat da prosesi yerindən izləyəcək. Çempionatın qışdan sonrakı hissəsi daha gərgin olur. Çünki üzü medallara, avrokuboklara doğru komandalar daha aqressiv olurlar və hər görüş həlledici xarakter daşıyır.

 

Bu baxımdan qış hazırlığında hakimlərin oyun idarə etməsi vacibdi. Biz 50-55 oyun nəzərdə tutmuşuq. Ancaq bütün bunlar yerində həll olunur. Çünki oyunlar 1 gün əvvəldən müəyyənləşdirilir. Bu il əvvəlkilərdən fərqli olaraq yanvarın 10-da yox, 20-də gedəcəyik.

 

Bu da çempionatın ikinci hissəsinin yanvarın 30-u deyil, fevralın 10-da başlaması ilə əlaqədardı. Belə olması yaxşıdı ki, güclü komandalar Antalyaya, adətən, yanvarın sonundan “axışırlar”.

 

Hakimbaşı Antalya yolçusu olacaqlarını bildirsə də, səfərin təşkilatçılarının kimliyini açıqlamayıb. Halbuki bu, çox əhəmiyyətlidi və bilinməsi sirr pərdəsini ortadan qaldıracaq. 

 

Sportinfo.az bu səpgidə detallı bilgilər əldə edib. Redakasiyamıza məlum olub ki, hakimlərin xərcini AFFA çəkməyəcək. Ötən 1 ildəki kimi. Bu dəfə yükün altına “Topaz” - Premyer Liqanın sponsoru girib.

 

Son 6 ildə ölkə çempionatının titul sponsoru oıan “Topaz”ın başbilənləri Ramin Musayevə jest edib. Peşəkar Futbol Liqasının prezidentinin onlara etdiyi bir telefon zəngindən sonra. Çəkilən məsrəf 40 min manat cıvarındadı.

 

Işin ən mübhəm tərəfi bizim hakimlərin iştirakı ilə Antalyada keçiriləcək yoxlama oyunlarınln “Topaz”ın siyahısında yer alıb-almayacağıdı. Olsa və hakim qərarı nəticəyə təsir etsə, gəl, camaatı inandır ki, təsadüfdü, bu, “Topaz”la öncədən razılaşdırılmayıb.

 

Allahdan gizlin deyil, bəndədən niyə gizli olsun: Premyer Liqa və I Divizona təyinat alan “fit sahibləri” arasında “stavka”ya meyl salanların sayı azlıq təşkil etmir.

Tarix: 12 Noyabr 13:07    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.