"Qəbələ"dən Avropa çempionatında bürünc medal

Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.

 

Sportinfo.az xəbər verir ki, milli komandanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Kəramət Hüseynov yarışın ilk günündə tatamı üzərinə çıxıb.

 

60 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 4 görüşdən üçündə qalib gələrək yarışı bürünc medalla başa vurub. İlk iki görüşündə Gürcüstan təmsilçisi İrakli Kupatadze və ukraynalı Artyom Lesyuka qalib gələn cüdoçumuz yarımfinala yüksəlib.

 

Finalın bir addımlığında rusiyalı Qamzat Zairbekovla qarşılaşan Hüseynov tatamidən məğlub ayrılıb. Bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Tibo Vollemana qalib gələn idmançımız Avropa çempionatını fəxri kürsünün 3-cü pilləsində başa vurub.

Tarix: 12 Noyabr 12:28    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.