Divizionda qalmaqal: Hakim meydana çıxmaqdan imtina etdi, Ramin Musayev zəng vurdu - QUMAR HAQQ-HESABI - VİDEO!

Azərbaycann futbolunda daha bir “zəlzələ” baş verə bilər. Bu, nə proqnozdu, nə də ehtimal.

 

UEFA danışılmış oyunlarla əlaqəli şübhələrini indi daha sərt formada AFFA-nın nəzərinə çatdırır. Ələlxüsus, I Divizion onların “qara sıyahısı”na düşüb. 


Bir neçə gün öncə xəbər vermişdik ki, UEFA-dan Bakıya növbəti serkulyar məktub daxil olub.  Gizli namədə nəticəsi sual altına düşən bor neçə oyun haqda bilgilər yer alıb.


Söhbər “Binə”, “Sabah”, “Qaradağ Lökbatan”, MOİK və “Mil-Muğan”ın iştirakıyla keçirilmiş qarşılaşmalardan gedir.


UEFA bu klubların bəzi futbolçularının Çin, Sinqapur, Gürcüstan və bəzi Asiya ölkələrinin bukmeyker kontorları ilə “işbirliyi” qurmasından şübhələnir.


AFFA bu məqsədlə hərəkətə gəlib: noyabrın 13-də bütün divizion klublarının rəhbər şəxsləri, baş məşqçi və kapitanları federasiyaya dəvət olunub. 


AFFA-dakl mənbələrdən Sportinfo.az-a verilən məlumata görə, “Zaqatala” – “Şüvəlan” qarşılaşması totalizator şəbəkəsinın “maraq dairəsi”nə daxil olub.

 

Ev sahiblərinin məğlubiyyəti naminə. Federasiyadan xəbərdarlıq alan İnqilab Məmmədov komandaları meydana çıxarmaqdan imtina edib və matcın 4-cü hakimi Rəşad Əhmədovun onu əvəzləməsinu istəyib.

 

Yalnız Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin telefon açmasından və uzun-uzadı təkidiindən sonar referi inadından dönüb. Lakin bu, onun görüşü normal idarə etməsinə yardımçı olmayıb.

 

Həm ev sahiblərinin, həm də qonaqların əleyhinə bir sıra səhvlərə yol verən Məmmədov 90+3-cü dəqiqədə pemalti nöqtəsini göstərib. Roini İsmayılov bu imkandan yararlanmayınca, “Zaqatala” meydanı başıaşağı tərk edib.

 

Oyunun hakim-inspektoru Qurban Məmmədov aşağ səviyyəli idarəçəliyindən dolayı İnqilaba 7,4 bal yazıb. Bu, AFFA Hakimlər Komitəsinin iclasında geniş müzakirəyə çıxarılıb, səbabkara xeyli irad tutulub.

 

O maraqlıdı ki, İ.Məmmədov yenə cəza almayıb, bu tur “Ağsu” – “Binə” (0:2) mücadiləsinə təhkim olunub. 

 

Tarix: 12 Noyabr 11:10    Oxunub: 504    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.