"Millinin formasını ilk dəfə modelin geyinməsini heç cür qəbul edə bilmərəm” - FOTOLAR

Kolumbiyanın qadınlardan ibarət yığma komandasının yeni forması təqdim edilib.

 

Sportinfo.az xəbər verir ki, milli üzvləri təqdimatdan narazı qalıblar. Məsələ burasındadı ki, formanı model Paulina Veqa Deppa təqdim edim. Təqdimat mərasiminə futbolçulardan heç kim dəvət edilməyib.

 

Kolumbiya yığmasının qapıçısı Vanessa Kordoba məsələ ilə bağlı narazılığını bildirib. Onu komanda yoldaşları və Kolumbiyanın kişilərdən ibarət millisinin də üzvləri dəstəkləyiblər:

 

“Başa düşürəm ki, futbol təkcə futbolçulara yox, hamıya aiddi. Onu da qəbul edirəm ki, təqdimat üçün uğurlu seçim edilib.

 

Ancaq xidmətlərə hörmət əlaməti olaraq, yeni formanı ilk dəfə futbolçulardan biri geyinməliydi. Yığmanın formasını ilk dəfə futbolçu Katalina Usmenin yox, model Paulinanın geyinməsini heç cür qəbul edə bilmərəm”.

Tarix: 12 Noyabr 01:00    Oxunub: 342    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.