Qurban Qurbanov "Çelsi" ilə oyundan əvvəl iddialı danışdı

"Qarabağ"ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının "Çelsi" ilə oyunu barədə fikirlərini bildirib.

 

Sportinfo.az xәbәr verir ki, baş məşqçi "Lider TV"yə açıqlamasında qrupdan çıxmaq şanslarının olduğunu deyib:

 

"Qrupda iki variant var. Biri mübarizəni Avropa Liqasında, digəri Çempionlar Liqasında davam etdirməkdi.

 

Vəziyyətə baxsaq, mübarizəni Avroliqada davam etdirmək imkanımız var. Amma "Atletiko" Çempionlar Liqasında çıxışını davam etdirməyi düşünür. Ən ağırı bizim üçün olacaq.

 

Rəqiblərimizin gücünü bilirsiniz. Hamısı çox güclü komandalardı. Ancaq biz yenə də çalışırıq ki, düzgün hazırlaşaq, rəqiblərə düzgün yanaşaq".

 

Baş məşqçi "Çelsi" ilə oyunda azarkeşlərlə bağlı problemin yaşanmayacağını bildirib. "12-ci oyunçuları"nın həmişə komandanın yanında olduğunu söyləyən Qurbanov onlardan razı qaldığını deyib:

 

"Qarabağ"a maraq daha da çoxalıb, azarkeşlər komandanı daha çox sevməyə başlayıblar. Onların sayı getdikcə çoxalır. Biz bunu oyundan-oyuna hiss edirik.

 

Onlara inanırıq, bilirik ki, bizimlə olacaqlar. Təkcə stadiona gələnlər yox, evdə televiziya vasitəsi ilə oyunlarımıza baxan, xaricdə olan azarkeşlərimizin də ürəyim daim bizimlədi.

Tarix: 11 Noyabr 20:36    Oxunub: 409    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.