"Atletiko"nun prezidenti: "Qarabağ"la oyunlarda 14 min qol şansımız oldu"

"Mən gur səslə demək istərdim: Simeone oyunçular, klubun direktorları və azarkeşlər üçün toxunulmazdır. Şübhəsiz ki, ona hər şeyi etməsinə icazə verilir".

 

Sportinfo.az xəbər verir ki, bunu "Atletiko"nun prezidenti Enrike Serezo komandanın baş məşqçisi Dieqo Simeonenin ünvanına yönəlmiş tənqidlərə cavab verərkən deyib.

 

Serezo komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını belə dəyərləndirib: "Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq. Oyun isə necə varsa, elədir. Hərdən udur, hərdən də uduzursan.

 

"Roma" ilə oyunda hesabı 4 dəfə aça bilərdik. "Qarabağ"la matçlarda isə 14000 şansımız oldu. Bu, təkcə "Atletiko"nun oyunçularının yox, bir çox elit klubun üzləşdiyi problemdir. Mən yenə fantastik komandamızın, gözəl baş məşqçimizin və fenomenal fanatımızın olduğu fikrindəyəm. Bunlar mənim üçün kifayətdi".


Klub prezidenti C qrupunda 4 oyundan 2 xala malik "Atletiko"nun qalan 2 matçda möcüzə etməsinin çətin olacağını deyib. Bununla belə, Serezo bildirib ki, möcüzəyə yalnız komandanın özü inana bilər: "Siz klubun ayağa qalxacağını hamıdan az gözlədikdə onda da heç nə alınmayacaq.

 

Hədəfimiz qalan 2 oyunu udmaq və "Çelsi" ilə "Roma"nın "Qarabağ"la görüşlərdə büdrəyəcəklərinə ümid etməkdir. Avropa Liqasına düşsək belə, titul uğrunda mübarizə aparacağıq. Qazanacağımız istənilən titul çox yaxşı nailiyyət olacaq".

 

"Atletiko" indiyədək İtaliya "Roma"sı və "Qarabağ"la səfər oyunlarından qolsuz heç-heçə ilə ayrılıb. Azərbaycan komandası ilə Madriddəki görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Yalnız "Çelsi" ilə ev oyununda "Atletiko" məğlubiyyətlə üzləşib - 1:2.

 

4 turdan sonra C qrupuna 8 xalla "Roma" başçılıq edir. "Çelsi"nin 7, "Atletiko"nun 3, "Qarabağ"ın 2 xalı var. Noyabrın 22-də keçiriləcək V tur matçlarında "Qarabağ" "Çelsi"ni, "Atletiko" "Roma"nı sınağa çəkəcək. Son turda - dekabrın 5-də isə "Roma" "Qarabağ"ı, "Çelsi" "Atletiko"nu qəbul edəcək. 

Tarix: 11 Noyabr 19:00    Oxunub: 209    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.