Qəbələdə oldu, indi Bakıda, noyabrın 12-də Gəncədə keçiriləcək.

Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası  Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb.

 

Seminarda məşqçi və hakimlərlə yanaşı Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib. Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib.

 

Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb. Növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.

Tarix: 11 Noyabr 18:00    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.