İdmandan yüksək vəzifəyə gedənlər kimlərdi? - SİYAHI

Bugünlərdə “Milan”ın əfsanəvi futbolçusu Kaxa Kaladzenin energetika naziri vəzifəsindən sonra Tiflisin meri seçilməsi “idmandan siyasətə” mövzusunu aktuallaşdırdı.

 

Sportinfo.az xəbər verir ki, Kaladze yeganə idmançı deyil ki, siyasətə, vəzifəyə gedir. Axar.az həm Azərbaycan, həm dünyada idmançı karyerasından sonra siyasəti seçənlərin bəzilərini araşdırıb.

 

Dünya şöhrətli boksçu Vitali Kliçko: 2010-cu il aprelin 24-də o, hələ boks karyerasına son verməmiş UDAR (İslahatlar Naminə Ukrayna Demokratik Alyasını) partiyasının sədri olub və Ali Rada seçkilərində deputat mandatı qazanıb.

 

2013-cü ilin noyabrında Ukraynada Prezident Viktor Yanukoviçə qarşı genişlənən Maydan hərəkatında UDAR partiyası aktiv iştirak edib. 2014-cü il fevralın 21-də hakimiyyət dəyişikliyindən sonra isə Vitali Kliçko ölkənin əsas siyasi fiqurlarından birinə çevrildi. Kliçko hazırda Kiyevin meri vəzifəsində çalışır.

 

Arnold Şvartsenegger - Hollivud blokbasterlərinin əvəzolunmaz ulduzu və Kaliforniya ştatının qubernatoru. Şvartsenegger 15 yaşından bəri bodibildinqlə məşğul olub. Adətən əzələ kütləsinin münsiflərə nümayiş olunduğu bu idam növündə o, ilk uğuru 19 yaşındaykən, 1966-cı ildə “Mister Avropa” mükafatını qazanmaqla əldə edib. 2006-cı ildə yenidən qubernator seçkilərini qazanan keçmiş idmançı 2011-ci ildə vəzifə müddətinin bitməsi səbəbindən Hollivuda geri dönüb.

 

Alina Kabayeva: Bədii gimanstika üzrə olimpiya çempionu Alina Kabayeva iqtidardakı Vahid Rusiya Partiyasından parlamentin deputatı olub.

 

Hakan Şükür: Türkiyə millisinin və “Qalatasaray”ın hücumçusu bir müddət millət vəkili olub və sonra Fətullah Gülənlə əlaqələrdə iittiham edilib.

 

Sambo üzrə beşqat dünya çempionu Zülfiyyə Hüseynova Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində mayor rütbəli əməkdaşdı.

 

Tanınmış şahmatçı Aynur Sofiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

 

2007-cı ilin martından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Tarix: 11 Noyabr 10:31    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.