Bakı Şəhər Halqası ali təhsil müəssisələrində könüllülər proqramını təqdim etdi

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İşçi Qüvvəsi şöbəsinin əməkdaşlarının iştirakı ilə paytaxtın bir sıra aparıcı universitetlərində tələbələrə 2018 Formula 1 Azərbaycan Qran Prisinin Könüllülər Proqramının təqdimatı ilə əlaqədar tədbirlər keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti və Qərb Universitetində baş tutmuş tədbirlər zamanı tələbələrə könüllülük proqramı və gənclərin bu proqram vasitəsilə əldə edə biləcəyi uğurlar barəsində ətraflı məlumat verilib.

 

Görüş çərçivəsində iştirakçılar proqrama qoşularaq şəxsi inkişaf istiqamətində ata biləcəkləri mümkün addımlar haqqında geniş məlumat əldə ediblər. Əməliyyat şirkətinin nümayəndələri “Könüllülük nədir və özündə nələri birləşdirir?” kimi könüllülük proqramı ilə əlaqədar tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətiriblər.

 

Bundan başqa, görüş zamanı Bakıda keçirilmiş Formula 1 yarışlarında könüllü fəaliyyət göstərən gənclərin qazandığı uğurlar da diqqətə çatdırılıb. Həmçinin tələbələr könüllülük proqramı çərçivəsində özünü inkişaf etdirən və İtaliya Qran Prisində tamaşaçı kimi iştirak imkanı qazanan könüllülər və onların uğur gətirən fəaliyyəti ilə yaxından tanış olublar.

 

Görüş zamanı tələbələrə indiyədək könüllülər üçün təşkil edilmiş müxtəlif təlim, seminar və dil kursları barəsində məlumat verilib. Tələbələr könüllü olmağa dəvət ediliblər.

Tarix: 10 Noyabr 18:24    Oxunub: 49    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.