“Mən Azərbaycan millisinin üzvləri üçün çay da gətirirdim”

“Mən Azərbaycan millisini heç vaxt çalışdırmamışam. Həmin komandanın kapitanı olmuşam. Keçən Olimpiadada isə baş məşqçi Etyen Bakro olub. Hamı isə bunu yaddan çıxarır”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq kapitanı, rusiyalı şahmatçı Aleksey Dreyev deyib. 

 

O, ölkəmizdə işlədiyi illəri xatırlayıb. Şahmatçı ona verilən “kapitan kimi Azərbaycan millisində əsas funksiyanız çay gətirmək idi” sualına belə cavab verib:

 

“Onu da edirdim. Mənim əsas işim birinci löhvədə kömək etmək idi. Ən çox Şəhriyar Məmmədyarova kömək edirdim. Digər oyunçularla da məsləhətləşirdim. Teymur və Arkadi Naydiçlə işləməmişəm.

 

O vaxtlar Rauf Məmmədov gənc idi. İndi Azərbaycan millisində deyiləm. Baxın 2013-cü ildə komandanı Avropa çempionu edən Aleksandr Xalifman da orda yoxdu”.

Tarix: 10 Noyabr 11:36    Oxunub: 225    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.