Bakı çempionatında “Dinamo” və “Neftçi" fərqləndi

Bakı şəhər Gənclər və  İdman Baş İdarəsi tərəfindən  Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə paytaxt çempionatı keçirilib.

 

Sportinfo.az xəbər verir ki, sərbəst üsulla rəqabətdə 73 nəfərə qatılıb, sonda Anar Baxışov (57 kq, FHN), Cəlal Süleymanov (61 kq, “Azəri” İK), Elçin Vəliyev (65 kq, “Lokomotiv” İSM), Vurğun Əliyev (70 kq, DİN İC), Kamil Hüseynov  (74 kq, “Zenit” İC), Elçin Məmmədov (86 kq, DİN İC), Cavid Sadıqov (97 kq, DİN İC), Orxan Həsənov (125 kq, “Neftçi” İKİB), komanda hesabında “Azəri” İdman Klubu 1-ci yer tutub.

 

Yunan-roma güləşində 111 idmançı iştirak edib. Gərgin mücadilədə Zaur Nuriyev (59 kq, “Məhsul” İC), Taleh Məhərrəmov (66 kq, “Gömrük”  İSM), Xəyal Əliyev (71 kq, “Cəngi” GK), Ülvi Qənizadə (75 kq, “Neftçi” İKİB), Sakit Cəlilov (80 kq, “Neftçi” İKİB), Elməddin Ramazanov (85 kq, “Neftçi” İKİB), Tehran Əminzadə (98 kq, “Gömrük” İSM), Cavid Feyziyev (130 kq, “Pəhləvan” İK), komanda hesabında “Neftçi” qalib adını qazanıb.

 

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Tarix: 9 Noyabr 19:24    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.