"Azərbaycan vətəndaşlığına keçmək mənim üçün böyük şərəfdi"

"Azərbaycan vətəndaşlığına keçmək mənim üçün böyük şərəfdi" - Sportinfo.az xəbər verir ki, bunu "Synergy Baku" kontinental velosiped komandasının üzvü Kirill Pozdnyakov syclingnews-a açıqlamasında bildirib. 27 yaşlı idmançı deyib ki, vətəndaşlığını dəyişdikdən sonra Azərbaycan millisinin üzvü kimi qatılacağı yarışları səbirsizliklə gözləyir:

 

"Hazırda Azərbaycan adına reytinq xalları əldə etmək üçün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) keçirdiyi yarışların intizarındayam. Azərbaycan xalqına minnətdarlıq əlaməti kimi əlimdən gələni edəcəyəm".

 

Komandada yaxşı velosipedçilərin olduğunu vurğulayan rusiyalı legioner onlara qoşulduqdan sonra heyətin daha da güclənəcəyini və uğurla çıxış etməyə çalışacaqlarını söyləyib. Pozdnyakovun milliləşdirilməsindən sonra "Synergy Baku"nun heyətində əcnəbi ölkənin cəmi bir vətəndaşı olacaq. Bu, xorvatiyalı Yosip Rumasdı.

 

Digər velosipedçilər isə Maksim Averin, Elçin Əsədov, Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov və Samir Cəbrayılovdur. Yeganə yeni ehtiyat velosipedçi Musa Mikayılzadədir. Bu heyət 3 - 7 mayda "Tour d Azerbaidjan" veloyürüşünə qatılacaq.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ötən illər ərzində əcnəbi idmançıların gördükləri işləri yüksək qiymətləndirdiklərini, amma artıq yerli atletlərə köklənməyin zamanı gəldiyini bildirib: Gənc velosipedçilərimizin çıxışları bizə böyük ümidlər verir. Podnyakov da artıq azərbaycanlıdır. O və digər veteran atletlərimiz bizə uğurlar, gənclərə isə böyük gələcək bəxş edəcəklər". 

Tarix: 24 Yanvar 17:00    Oxunub: 249    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.