Azərbaycan yığmalarının Avropa Millətlər Kuboku üçün heyəti

Azərbaycanın sərbəst və qadın güləşi üzrə yığma komandalarının Rusiyanın paytaxtı Moskvada Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirində iştirak edəcək heyəti açıqlanıb.


Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, millinin heyətində ümumilikdə 16 idmançı yer alıb. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaqlar.


Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq.

 

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

 

Sərbəst güləş millisi isə Moskvaya baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında yollanacaq. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov ( hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

 

Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək. Turnirin proqramına əsasən, noyabrın 11-də qrup, ertəsi gün final görüşləri baş tutacaq.

Tarix: 8 Noyabr 18:12    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.