Azərbaycanlı komitə sədri və millət vəkili “Real”da - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Rəfael Hüseynov dünən La Liqanın 11-ci turunda keçirilən “Real” – “Las Palmas” (3:0) oyununu “Santyaqo Bernabeu” stadionunda canlı izləyiblər.

 

Sportinfo.az xəbər verir ki, bu haqda deputat Rəfael Hüseynov özünün Feysbuk səhifəsindəki paylaşımında bildirib. Stadiondan şəkillərini paylaşan millət vəkili yazıb:

 

“2017-ci il noyabrın 5-i. İspaniyada, Madrid şəhərində Real Madrid və UD LAS PALMAS komandalarının oyununu seyr edərkən. Bu matç “Real Madrid”in 3:0 hesablı qələbəsi ilə tamamlandı.

 

Stadionun ağzına qədər dolu olması mənimçün təccüblü deyildi. Çünki onu hiss etdim ki, burada camaat sadəcə bir idman yarışını seyr etməyə deyil, sanki bir gözəl teatr tamaşasına baxmağa gəlir. Amma niyə "sanki"?

 

Elə həqiqətdə də bu səviyyəli oyunların hər biri tamaşadır ki var! Daha maraqlısı o idi ki, bu qədər insanın oyundan sonra stadionu tərk etməsi necə dəqiq tənzimlənərək təşkil edilir və insanlar da nə qədər asudə, tələsmədən, bir-binə mane olmadan, basırıqsız, zərrəcə narahatlıq duymadan 2 saatlıq istirahətdən sonra evlərinə qayıdırlar”.

 

Tarix: 6 Noyabr 20:36    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.