VİDEO: Azərbaycan yığmasının kapitanı gümüş medal qazandı

Sərbəst güləş üzrə Azərbaycan yığmasının kapitanı Cəbrayıl Həsənov Rusiyanın Maxaçqala şəhərində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Murad Qaydarovun şərəfinə həsr olunmuş beynəlxalq turnirdə ikinci yeri tutub.

 

Sportinfo.az xəbər verir ki, C.Həsənov vaxtilə M.Qaydarovun yüksək nəticələr qazandığı 74 kq çəki dərəcəsində baş tutan yarışda finala qədər üç görüş keçirib. O, ilk görüşündə alnından zədələnsə də, mübarizəni sona qədər davam etdirib.

 

Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan C.Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.

 

Finalda Taciddin Akayevlə qarşılaşan Azərbaycan güləşçisi görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından xəsarət alan C.Həsənov görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.

 

Tarix: 6 Noyabr 20:00    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.