"Kimsəsiz uşaqları akademiyamıza dəvət edərək, onlara öz qayğımızı göstərmək istədik"

Bakı Şəhər Halqası əməliyyat şirkəti mərkəzi idarəsində kimsəsiz uşaqlar üçün şənlik keçirib.

 

Sportinfo.az xəbər verir ki, BŞH akademiyasında baş tutan tədbirə 60 nəfər qatılıb. Şənliyin təçkilində əsas məqsəd ölkədə kimsəsiz uşaqlara yaxından qayğı göstərmək və bu yolla onların vətənə layiqli gənclər kimi yetişməsinə töhfə verməkdi.

 

Tədbirdə çıxış edən BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova hamını kimsəsiz uşaqlara dəstək göstərməyə çağırıb:

 

“Bakı Şəhər Halqası əməliyyat şirkəti ölkədə aparılan xeyriyyə işlərinə hər zaman dəstək göstərir. Bu, şirkətimizin əsas dəyərlərindən biridir. Bu gün biz kimsəsiz uşaqları akademiyamıza dəvət edərək onlara öz qayğımızı göstərmək istədik.

 

Bildiyiniz kimi BŞH Akademiyası gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynamaqdadır. Uşaqlar bizim gələcəyimizdir və onların ölkəyə layiqli gənclər kimi yetişməsində biz də hər zaman əlimizdən gələni etməyə hazırıq.

 

BŞH gələcəkdə belə sosial aksiyalar keçirməyə davam edəcək və fürsətdən istifadə edərək hər kəsi belə gözəl tədbirlərə qoşularaq kimsəsiz uşaqlara lazımi dəstəyi göstərməyə dəvət edirəm”.

Tarix: 5 Noyabr 01:00    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.