Azərbaycan yığma komandalarına yeni adlar cəlb olundu

Taekvondo üzrə Azərbaycan yığmasına yeni idmançılar dəvət olunub. Sportinfo.az xəbər verir ki, bu barədə qərar kişi və qadınlar arasında keçirilmiş ölkə çempionatından sonra verilib. Yığma komandalara cəlb olunan taekvondoçular fevralın 11-də Türkiyənin paytaxtı Ankarada start götürəcək "Turkish Open" beynəlxalq turnirinə qədər təlim-məşq toplanışında olacaq. 

 

Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandust Qaşım Maqomedov, Vüqar Abdullayev ( hər ikisi 54 kq), Fizam Mehtiyev, Əli Məmmədov (hər ikisi 58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəskər Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Vladislav Subbotin (80 kq), Bayraməli Vəliyev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) sınaqdan keçirəcək.

 

Qadın millisinin baş məşqçisi Elnur Amanov isə toplanışa Nərminə Məmmədova (46 kq), Paniz Esmaeilpur (49 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq) və Elvarə Cəlilovanı (+73 kq) dəvət edib.

Tarix: 24 Yanvar 12:12    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.