"Yaxşı təklif aldığına görə onunla müqaviləni uzatmamağı qərara aldıq”- Vitse-prezident

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Parkın komandadan ayrılmasına münasibət bildirib. Bu vəzifədə federasiyanın İdarə Heyətinin qərarı ilə Parkı Elnur Amanov əvəzləyib. Sportinfo.az-ın məlumatına görə, qurum rəsmisi koreyalı mütəxəssislə yolların ayrılmasının hansısa problemlə əlaqədar olmadığını açıqlayıb.
 
O vurğulayıb ki, olimpiadalar tariximizdə taekvondoçularımıza ilk medalı məhz Park qazandırıb: “Sun Mi Park qadınlardan ibarət yığma komandanın baş məşqçi vəzifəsinə təyin olduğu andan yüksək məhsuldarlıq göstərib, böyük nailiyyətlərə imza atıb.

 

Rio Olimpiya Oyunlarında onun yetirməsi Patimat Abakarova yarışların bürünc medalına sahib olaraq adını Azərbaycan Taekvondo Federasiyasının tarixinə qızıl hərflərlə yazdırması buna bariz nümunədi. Parkın fəaliyyəti dövründə qurumla heç bir problemi olmayıb. Sadəcə, daha yaxşı iş təklifi aldığına görə onunla müqaviləni uzatmamağı qərara aldıq”.

Tarix: 24 Yanvar 00:53    Oxunub: 268    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.