AFFA-dan UEFA-ya: Avropa çempionatının finalı Bakıda olsun

2020-ci il Avropa çempionatının açılış matçını keçirmək üçün 6 şəhər namizədliyini irəli sürüb. Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a UEFA-nın baş katibi Teodor Teodoridis bildirib.


Onun sözlərinə görə, Sankt-Peterburqla (Rusiya) yanaşı, daha 5 şəhər ilk oyunu təşkil etməyə iddialıdı.

 

UEFA rəsmisi bununla bağlı yekun qərarın qurumun 2018-ci ilin fevralında və ya iyununda baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib:

 

“Sankt-Peterburqun şanslarını dəyərləndirmək istəməzdim. UEFA İcraiyyə Komitəsi müəyyən meyarlara əsasən qərar çıxaracaq”.

 

12 iyun – 12 iyulda təşkil olunacaq Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq. 


Bakı da açılışa öz namizədliyini irəli sürüb.  AFFA UEFA-nın göndərdiyi müvafiq sorğusuna cavab müsbət olub.  

 

Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib. 

 

AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək.

 

Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma)  stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb.

 

Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir.

Tarix: 28 Oktyabr 09:31    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.