İki azərbaycanlı dünya çempionatının finalında

Gənclərdən ibarət milli komandamızın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər.

 

Sportinfo.az xəbər verir ki, İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, 2 il əvvəl yenyetmələrin Avropa üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib. 

 

Final görüşləri ayın 27-də keçiriləcək. Tatamiyə çıxan digər idmançımız, ötən ilin Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) isə ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub. 

 

Qarşıdakı 3 yarış günü daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.

Tarix: 27 Oktyabr 13:00    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.