Polis ona kələk gəlmək istəyən “Topaz” əməkdaşını saxladı

Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb. Sportinfo.az xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

 

Əməliyyat zamanı Zaqatala rayon sakini Muxtarov Orxan Kamran oğlu saxlanılıb. O.Muxtarov Xətai rayonu ərazisində yerləşən mərc oyunlarının qəbul edildiyi “Topaz” məntəqəsində işləyir.

 

O, məntəqədə gün ərzində yığılan 1560 manat pulu qeyri-qanuni götürərək başqa bir məntəqəyə gedib və mərc oyunlarına qoyub.

 

Həmin mərc oyunlarını uduzan O.Muxtarov öz-özünə xəsarət yetirərərk ona hücum edildiyi və üzərində olan 1560 manat pulun tanımadığı şəxslər tərəfindən oğurlandığı barədə polisə yalandan məlumat verib.

 

Aparılan istintaq-əməliyyat tədbirləri zamanı O.Muxtarovun izi itirmək məqsədi ilə polisləri bilərəkdən aldatmaq istədiyi məlum olub. Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, istintaq davam edir.

Tarix: 27 Oktyabr 11:00    Oxunub: 531    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.