Firdovsi Umudovun komandası Yuqra kuboku uğrunda güləşəcək

28-29 oktyabrda Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə Yuqra kuboku keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, 14-cü dəfə keçirilən yarışda sərbəst güləş üzrə ustalardan ibarət yığmamızın üzvləri də iştirak edəcək.

 

Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev təmsil edəcək. Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi ilə qonşu ölkəyə 7 bahadırımız yollanacaq.

 

Bunlar Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbəy Alborovdur (97 kq).

Tarix: 27 Oktyabr 00:16    Oxunub: 98    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.