Klublararası Avropa kuboklarının keçirilmə sistemində dəyişikliklər

Avropa Həndbol Konfederasiyası (EHF) 2020-ci ildən qitəmiqyaslı klub turnirlərinin keçirilmə sistemində dəyişiklik edəcək.

 

Sportinfo.az xəbər verir ki, kişilər arasında Çempionlar Liqasında mübarizə dairəvi sistem üzrə gedəcək.

 

Burda əvvəlcə 12, gələcəkdə 16 komanda olacaq. Turnirdə Avropanın top-liqalarının çempionları və daha 4 klub yarışacaq.


12 komandanın hər biri digər iştirakçılarla üz-üzə gəldikdən sonra 1/4 finala yüksələn 8 komanda müəyyənləşəcək. Onlar isə "Dördlər finalı"na yüksəlmək üçün öz aralarında oyunlar keçirəcəklər.


EHF Kuboku isə Avropa Həndbol Liqası ilə əvəzlənəcək. Bu turnirin qrup mərhələsində 24 komanda çıxış edəcək.

 

Qadınlar arasında Çempionlar Liqasında 16 komanda 2 qrupa bölünəcək. Ən yaxşı "8-lik" "pley-off"a yüksələcək.


Kişi və qadınlar arasında Çağırış Kuboku EHF Kuboku ilə əvəzlənəcək. Burada komandalar mübarizəni dayandıranadək oynayacaqlar. 

Tarix: 25 Oktyabr 00:40    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.