Pul tapmayan Azərbaycan millisi DÇ-də 12 nəfərlə təmsil olunacaq

Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın bir sıra üzvü İspaniyada keçiriləcək növbəti dünya çempionatına yollanıb.

 

Sportinfo.az xəbər verir ki, Tenerifedəki yarışda 12 idmançı iştirak edəcək.

 

Karateçilərdən Fərid Ağayev (-52 kq), Rəvan Bağırov (-63 kq) və Namiq Quliyev (-70 kq) 14-15 yaşlı yeniyetmələr arasında, Müseyib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq) və Fidan Teymurova (-48 kq) 16-17 yaşlı gənclərin yarışında tatmiyə çıxacaq.

 

18-20 yaşlı gənclərin turnirində isə Elcan Məmmədrzayev (-60 kq), Murad Balakişiyev (-68 kq), Murad Hacızadə (+84 kq), Asya Məlikova (+50 kq) və Fəridə Əliyeva (+68 kq), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaq.

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadaək yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıb.

 

Maliyyə çətinlikləri üzündən iki ildən bir keçirilən dünya çempionatında idmançı və texniki mütəxəssislər yarı heyətlə iştirak etmək məcburiyyətində qalıb.

 

Yeniyetmə və gənclərin Tenerifedə 25-28 oktyabr tarixlərində dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılıb. Bu yarış həmçinin gələn il Buenos Ayresdə yeniyetmələrin olimpiya oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidi.

 

Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Y.Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək.
 

Tarix: 24 Oktyabr 20:48    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.