Fərid Nəbiyev oynadı, “Slaviya” evdə "Bohemians”a uduzdu

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 11-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Bohemians” ilə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı 61-ci dəqiqədə meydana buraxılıb. “Slaviya”nın U-21 komandası geridə qalan turlarda 14 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb.

Tarix: 20 Oktyabr 19:12    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.