“Qarabağ”ın “Atletiko” ilə səfər matçını 30 avroya canlı izləmək istəyənlər

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, azarkeşlər saat 10:00-dan saat 18:00-a qədər bazaya yaxınlaşaraq həmin biletləri əldə etmək şansına malikdir.

 

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055) 400-49-18. Qeyd olunur ki, ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 30 avrodu.

Tarix: 20 Oktyabr 09:12    Oxunub: 71    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.