Çəlikəldən kəskin cavab: "Mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz xəbər yazmazdız"

Türkiyənin məşhur "Sabah" qəzetinin Çempionlar Liqasında təmsilçimiz olan "Qarabağ"ın bir neçə  azarkeşinin açdığı pankart haqda yazdığı material ölkəmizdə böyük səs-küyə səbəb olub.

 

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl də bu məsələyə biganə yanaşmayıb. O, "Facebook"dakı hesabından belə bir status yazıb: 

 

“Ən böyük əziklik, Azərbaycan və “Qarabağ”ımızın uğurlarına dəstək olmayıb, öz uğursuzluqlarını görməzdən gəlib, Çempionlar Liqasında hər kəsin təqdirini qazanmış bir camiəyə “əzik” deyə bilməkdi.

 

Mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz bir xəbər yazmaz, özünüzü gülünc duruma salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropa və dünyaya anlada bilsəydiz, o zaman əzik olmaqdan qurtularsız.

 

Tərtəmiz qəlblərlə, tərtəmiz əllərlə, kirlənməsin deyə şəffaf fayla qoyulmuş “QARABAĞ” adı bizim üçün müqəddəsdi. Var olsun o hərfləri tutan tərtəmiz əllər!” 

Tarix: 21 Oktyabr 00:53    Oxunub: 392    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.