FOTO - Diniyev futbolçuları çox yormadı, son tapşırıqlarını verdi

Premyer Liqanın 9-cu turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" Gəncəyə gedib. Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda oyun öncəsi son məşqini matçın oynanılacağı Gəncə şəhər stadionunda keçirib.

 

Bu, "sarı-göylər"in yenilənmiş meydançada ilk məşqi olub. Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər heyəti futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib.

 

"Neftçi" ilə görüşdə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.

Tarix: 21 Oktyabr 00:46    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.