“Sabah”ın yazarı debillik etdi, “Qarabağ” fanatlarını ələ saldı - FOTO

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Azərbaycan çempionu “Qarabağ” bu nüfuzlu turnirdə ilk xalını “Atletiko” ilə ev oyununda qazandı.

 

Sportinfo.az xəbər verir ki, bu oyundan sonra az qala bütün dünya mətbuatı Ağdam klubundan, Azərbaycan futbolundan maraqlı xəbərlər yaymaqdadı.

 

Elə qonşu Türkiyə mətbuatında da Ağdam təmsilçisindən az bəhs olunmadı. Lakin bu gün sözügedən ölkədə aparıcı nəşrlərdən olan “Sabah”da aşağılayıcı xarakterli bir xəbər azərbaycanlı futbolsevərlərdə böyük narazılığa səbəb olub.

 

Belə ki, 0:0 hesabıyla bitən “Qarabağ” – “Atletiko” matçını Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər.

 

Bu məqamı işıqlandıran “Sabah”ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olub: “Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini”.

Tarix: 21 Oktyabr 00:24    Oxunub: 350    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.