"Sakitəm, hələ heç kimlə yeni müqaviləylə bağlı danışmamışam"

“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben klubdakı gələcək taleyilə bağlı hələ ki, qərar verməyib.

 

Sportinfo.az xəbər verir ki, holland futbolçu bu barədə “goal.com”a açıqlamasında məlumat verib. O, müqavilə müddətinin artırılmasıyla bağlı heç kimlə danışmadığını deyib:

 

“Sakitəm. Hələ heç kimlə yeni müqaviləylə bağlı danışmamışam. Bunun üçün tələsmirəm. Özümü yaxşı hiss edirəm və ancaq futbola köklənirəm”.

 

Bir neçə gün öncə “Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge Robbenin klubda qalacağına inandığını demişdi. Holland futbolçu 2009-cu ildən Münhen təmsilçisinin uğurları üçün çalışır.

Tarix: 21 Oktyabr 00:08    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.