Ağlamağa adət edən: "İlin sonuna kimi əzab çəkəcəyik"

"Bizim üçün oynamaq çox çətinləşib" - Sportinfo.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.   

 

Sabiq "bankirlər" Topaz Premyer Liqasınınm IX turunda səfərdə "Səbail"ə məğlub olub.  Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcüstanlı çalışdırıcı fikirlərini bildirib. 

 

O, öncə futbolçu azlıından şikayətlənib: "Rauf Əliyevin gedişindən sonra hücumun mərkəzində boşluq var. Nizami Hacıyev zədəlidi, Denis Silva xəstələnib.

 

İlin sonuna kimi əzab çəkəcəyik. Yanvardan sonra komanda güclənsə, nəsə fikirləşmək olar. Bu, bizim “İnter” adı ilə son matçımız idi. Qələbə qazanmaq istəyirdik. Futbolçularıma təşəkkür edirəm".

 

Oyununuzda sanki aqresiya çatmırdı və cinahlarda zıif təsir bağışlayırdınız. Bu fikirlə razısınız?

- Dediyim kimi çox az sayda futbolçumuz var. Bu sayda futbolçularla tam və keyfiyyətli məşq keçmək çətindi.

 

Qışda hansısa oyunçuları cəlb edəcəyinizi dəqiqləşdirmisiniz? Bu haqda rəhbərliklə danışmısınız?

- Bəli, söhbətimiz olub. Bir neçə mövqeyə oyunçu almaq istəyirik. İstəyərdik yerli oyunçu olsun. Belə baxırıq ki, bu, çətin olacaq. Legionerlər planlarımızda var.

Tarix: 20 Oktyabr 20:24    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.