"Qəbələ"nin Ukraynada təqdimatı: işlər və uğurlar - VİDEO

Oktyabrın 21-də təşkil olunacaq “Qəbələ” və Ukraynanın "KB-75" klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirilib.

 

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski, komandanın baş məşqçisi Ramiz Mirkamalovun qatıldığı tədbirdə ukraynalıların çalışdırıcısı Sergey Krinitski və baş hakim İqor Biletski iştirak ediblər.

 

Media nümayəndələrinin suallarını cavablandıran rəsmilər yoldaşlıq görüşü və təşkilatçılıq haqda da fikirlərini bildiriblər. “Qəbələ” nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov konfrans iştirakçılarına “Qəbələ” haqda məlumat verib, klubun yarandığı gündən indiyədək gördüyü işlərdən, uğurlardan bəhs edib.

 

O, Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərindən danışıb, Krivoy Roq şəhərində göstərilən diqqətə və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Konfransın ardınca isə boksçuların çəki mərasimi baş tutub.

 

Sabah baş tutacaq və 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə “Qəbələ”ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. 

 

Tarix: 20 Oktyabr 19:00    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.