"Atletiko"nun futbolçusunun Bakıda davranışı etiraza səbəb oldu

“Atletiko”nun futbolçusu Yannik Karraskonun Çempionlar Liqasının III turunda “Qarabağ”la səfər matçı zamanı davranışı azarkeşlərin etirazına səbəb olub.

 

Sportinfo.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan oyunun 72-ci dəqiqəsində Anxel Korrea ilə əvəzlənən zaman meydanı tərk etməyə tələsməyib.

 

İspaniyalı azarkeşlər hesab edirlər ki, “Atletiko”nun qələbə qolunu vurmaq üçün vaxta ehtiyacı olduğu halda, belçikalı oyunçunun bu davranışı qəbuledilməzdir.

 

Tanınmış ispaniyalı jurnalist Xulio Maldonado da daxil olmaqla, bir çox şəxs “Twitter” hesablarında belçikalı futbolçunu tənqid ediblər.

 

“Atletiko” “Qarabağ”la qolsuz bərabərə qalmaqla, qrupdan çıxma şanslarını çətinə salıb. Madrid təmsilçisi hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb və 2-ci sıradakı “Roma”dan 3 xal geri qalır.

Tarix: 20 Oktyabr 18:48    Oxunub: 302    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.