"Marca": "Penalti idi" - VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə 0-0 heç-heç edib.

 

Sportinfo.az xəbər verir ki, matça damğa vuran epizod isə 75-ci dəqiqədə baş verib. “Qarabağ”ın hücumçusu Dino Ndlovu rəqibin cərimə meydançası daxilində Dieqo Qodini aldadıb keçərkən yerə yıxılıb.

 

Fransız hakim Ruddi Buke isə bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu cəzalandırıb. İkinci sarı kartı alan Ndlovu meydandan qovulub.

 

“Marca” nəşrində bununla bağlı xəbər yer alıb. Nüfuzlu idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver epizodun penalti olduğunu deyib:

 

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.

 

Televiziyada epizodun videotəkrarında açıq-aşkar görünüb ki, həmin epizodda Qodinin ayağa müdaxiləsi nəticəsində Ndlovu yıxılıb. Qodinin bu hərəkətini görməyən və ya doğru qiymətləndirməyən fransız hakimin səhv qərarı nəticəsində “Qarabağ”ın penal, bəlkə də 3 xal qazanmaq şansı əlindən alınıb.

 

Tarix: 20 Oktyabr 17:24    Oxunub: 440    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.