"Qəbələ": "Kim harda və hansı qiymətə ev tutursa, pulunu özü ödəyir"

"Qəbələ" bu yaydan etibarən Bakıda məskunlaşıb. Klub rəhbərliyi və baş məşqçi Roman Qriqorçuk verdiyi açıqlamalarda bunu legionerlərin ailələrini əsasən paytaxtda yerləşdirmələri ilə əlaqələndirib.

 

Digər səbəb Premyer Liqa iştirakçılarının böyük əksəriyyətinin Bakını təmsil etmələrindən qaynaqlanır. Belə ki, "qırmızı-qaralar" səfər oyunları üçün yalnız Gəncə və Sumqayıta yollanmalı olur. 


Bu üzdən komanda gündəlik məşqlərini "Bakı"nın Biləcəri qəsəbəsində yerləşən bazasında keçir və evdəki qarşılaşmalardan 1 gün əvvəl doğma rayona dönür.


Qəbələdə müasir təhsil və biznes komplekslərinin olmaması, bar və restoranların fəaliyyət göstərməməsi, ümumiyyətlə, əcnəbilərin burda özünü Avropadakı kimi hiss etməsi üçün şərait hələ istənilən səviyyədə deyil.

 

Düzdü, Qəbələ istrahət məkanı olaraq çox gözəldi, son illər burda bir çox infrastruktur layihələri həyata keçirilib, böyüyüb və inkişaf edib. Amma Deyv Bulthuisin dediyi kimi, mərkəzi küçələrdən bir qədər kənara çıxanda kənd ab-havasına düşürsən.


Hollandiyalı müdafiəçidən söz düşmüşkən, o, Bakının göbəyində özünə ev kirayələyib. Aylıq 5000 manata. Və onun kimi digərləri. İcarəhaqqını özlərimi verir, yoxsa klub?

 

"Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a açıqlamasında bildirib ki, bu məsələ futbolçularla bağlanan müqavilə şərtlərinə uyğun olaraq tənzimlənir: "Kim harda və hansı qiymətə ev tutursa, pulunu özü ödəyir.

 

Yəni ki, aldığı maaşdan həmin yerin haqqını verir. Biz, sadəcə, ev tapmaqda onlara yardımçı ola bilərik. Bakıda evləri olmayan yerli futbolçulara, xüsusən gənclərə da kömək edirik. Elələri də var ki, oteldə qalırlar".

Tarix: 20 Oktyabr 16:24    Oxunub: 422    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.