"Mundo Deportivo" "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi, üzr istədi

İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" "Qarabağ"la bağlı səhvini düzəldib. Sportinfo.az xəbər verir ki, qəzet "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırmışdı.

 

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi) erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü.

 

Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazmışdı. 

 

Azərbaycandan çoxsaylı şikayətlərdən sonra nəşr "erməni" sözünü mətndən çıxarıb və səhvini düzəldib.

 

Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən yazıdan həmin hissə çıxarılıb. Yazıya "Qarabağ" futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.

Tarix: 20 Oktyabr 15:00    Oxunub: 191    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Yanvar 2018
22 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.